Tramp ABŞ-İran danışıqları zamanı UFC 327 turnirinə qatılıb

Tramp ABŞ-İran danışıqları zamanı UFC 327 turnirinə qatılıb

Hazırda oxunan: Tramp ABŞ-İran danışıqları zamanı UFC 327 turnirinə qatılıb

606613

ABŞ Prezidenti Donald Tramp ABŞ və İran nümayəndələri arasında İslamabadda aparılan danışıqların nəticəsiz başa çatdığı saatlarda Mayamidə keçirilən UFC 327 turnirinə qatılıb. 

Bizim.Media xəbər verir ki, AP və digər mənbələrin məlumatına görə, turnir Florida ştatının Mayami şəhərində yerləşən Kaseya Center arenasında baş tutub.
 

The Independent yazır ki, Tramp arenaya yerli vaxtla saat 21:00-dan sonra daxil olub və əsas döyüş — İrji Proxazka ilə Karlos Ulberq arasındakı qarşılaşmanı izləyib. Nəşrin məlumatına görə, onu UFC prezidenti Deyna Uayt və ailə üzvləri müşayiət edib.


AP-nin məlumatında qeyd olunur ki, Tramp zalda dövlət katibi Marko Rubio və ABŞ-ın Hindistandakı səfiri Serxio Qor ilə birlikdə əyləşib. Mənbələr onun tribunada diqqət mərkəzində olduğunu və döyüşləri yaxından izlədiyini bildirir.

Eyni vaxtda ABŞ administrasiyası İranla danışıqlarda razılıq əldə olunmadığını açıqlayıb. New York Post yazır ki, vitse-prezident Cey Di Vens 21 saat davam edən Pakistan danışıqlarından sonra razılaşmanın baş tutmadığını bəyan edib.

Bu fonda Trampın UFC turnirində görünməsi ABŞ mediasında ayrıca diqqət çəkib.

Turnirin idman nəticələrinə gəlincə, əsas qarşılaşmada Karlos Ulberq İrji Proxazkanı ilk raundda nokaut edərək yüngül ağır çəkidə UFC çempionu olub. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO