İsrail Beyrutda “Hizbullah” liderinin şəxsi katibini öldürüb

İsrail Beyrutda “Hizbullah” liderinin şəxsi katibini öldürüb

Hazırda oxunan: İsrail Beyrutda “Hizbullah” liderinin şəxsi katibini öldürüb

606260

İsrail Müdafiə Qüvvələri Beyrut ərazisində Hizbullah baş katibi Nəim Qasemin şəxsi katibini və qardaşı oğlu Əli Yusif Haraşini öldürüb. 

Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin sözçüsü məlumat verib.

Haraşi “Hizbullah” baş katibinin ofisinin idarə olunmasında və təhlükəsizliyin təmin edilməsində əsas rol oynayıb.

Bundan əlavə, mətbuat xidməti “Hizbullah” yaraqlılarının Livanda Litani çayının şimalından cənubuna keçmək, minlərlə silah, raket və buraxılış qurğusu daşımaq üçün istifadə etdiyi iki əsas keçid məntəqəsinə hücum, eləcə də Livanın cənubunda “Hizbullah” tərəfindən istifadə edilən təxminən 10 silah anbarına, buraxılış qurğusuna və qərargahına hücum barədə məlumat verib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO