İranı bu beşlik idarə edir - Siyahı

İranı bu beşlik idarə edir - Siyahı

Hazırda oxunan: İranı bu beşlik idarə edir - Siyahı

605653

ABŞ və İsrailin birgə kampaniyası keçmiş ali lider Əli Xameneinin öldürülməsi ilə nəticələndi və onun oğlu və varisi Müctəba hələ də ictimaiyyət qarşısına çıxmayıb. Buna baxmayaraq, rejim hakimiyyətdə qalır.

Bizim.Media xəbər verir ki, bu barədə Demokratiyanın Müdafiəsi Fondunun analitikləri Conatan Saye və Samuel Ben-Urun birgə yazısında qeyd olunub.

Yazıda rejimin yaşamasının hazırda parlamentdəki əsas fiqurlardan, SEPAH-dan, Ali Milli Təhlükəsizlik Şurasından, məhkəmə sistemindən və ölkənin hüquq-mühafizə orqanlarından asılı olduğu bildirilib.

Müəlliflər İrana 5 nəfərin rəhbərlik etdiyini vurğulayıblar:

1. İran parlamentinin spikeri Məhəmməd Bağır Qalibaf;

2. Ali Milli Təhlükəsizlik Şurasının rəhbəri Məhəmməd Bağır Zülqədr;

3. SEPAH-ın komandanı Əhməd Vahidi;

4. İranın məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsün Ejei;

5. İranın hüquq-mühafizə orqanları idarəsinin rəhbəri Əhmədrza Radan.

Qeyd edək ki, aprelin 1-də “Əl Hədəs” nəşri İranın məhkəmə hakimiyyətinin rəhbəri Qulamhüseyn Möhsün Ejeinin Tehrana endirilən hava zərbəsi nəticəsində öldürülməsi barədə məlumat yaymışdı. (Axar.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO