Cənubi Koreya prezidentinin üzrünə Kim Çen İndən REAKSİYA

Cənubi Koreya prezidentinin üzrünə Kim Çen İndən REAKSİYA

Hazırda oxunan: Cənubi Koreya prezidentinin üzrünə Kim Çen İndən REAKSİYA

605624

Şimali Koreya lideri Kim Çen İn Cənubi Koreya prezidenti Li Ce Menin ölkə sərhədini pozan pilotsuz uçuş aparatları ilə bağlı üzrünü qəbul edib.

Bizim.Media xəbər verir ki, bu barədə Şimali Koreyanın dövlət mediası vasitəsilə Kim Çen İnın bacısı Kim Yo Çjon bəyanat verib.

Reuters və Yonhap-ın məlumatına görə, Pxenyan Li Ce Menin açıqlamasını “çox yerində və ağıllı addım” kimi dəyərləndirib.

Kim Yo Çjonun sözlərinə görə, Kim Çen In Cənubi Koreya prezidentinin davranışını “səmimi və genişürəkli insanın mövqeyi” kimi qiymətləndirib.

O bildirib ki, Seulun təəssüf ifadəsi və oxşar hadisələrin qarşısını almaq üçün göstəriş verməsi gərginliyin azaldılması baxımından müsbət siqnaldır.

Bununla belə, Kim Yo Çjon xəbərdarlıq edib ki, əgər Cənubi Koreya Pxenyanın suverenliyinə qarşı “ehtiyatsız təxribatları” davam etdirsə, bunun çox ciddi nəticələri ola bilər.

Hadisə martın 31-də baş verib. Cənubi Koreya prezidenti Li Ce Men hökumət iclasında Şimali Koreya ərazisinə fərdi şəxslər tərəfindən göndərilən dron uçuşlarına görə təəssüfünü bildirib və bunun dövlət siyasətinə zidd olduğunu vurğulayıb.

Yonhap yazır ki, bu uçuşlarda Milli Kəşfiyyat Xidmətinin bir əməkdaşı və fəaliyyətdə olan bir hərbçinin iştirakı üzə çıxıb, buna görə prezident bunu konstitusiyaya zidd addım adlandırıb.

Bu, son illərdə Pxenyanın Seula qarşı nadir yumşaq reaksiyalarından biri sayılır. Bununla belə, analitiklər hesab edirlər ki, Şimali Koreyanın ritorikasındakı bu yumşalma münasibətlərin əsaslı şəkildə düzəlməsi anlamına gəlmir və daha çox hərbi gərginliyi idarə etmək məqsədi daşıyır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO