Rusiya bu “respublika”nı terror təşkilatı ELAN ETDİ

Rusiya bu “respublika”nı terror təşkilatı ELAN ETDİ

Hazırda oxunan: Rusiya bu “respublika”nı terror təşkilatı ELAN ETDİ

605612

Rusiya Çeçenistan İçkeriya Respublikasını (ÇİR) terror təşkilatı elan edib.

Bizim.Media xəbər verir ki, bu barədə Federal Təhlükəsizlik Xidmətinin ictimaiyyətlə əlaqələr mərkəzi məlumat verib.

Bəyanatda deyilir:

"Rusiya Federasiyası Federal Təhlükəsizlik Xidməti tərəfindən Rusiya Federasiyası Baş Prokurorluğu ilə əməkdaşlıq çərçivəsində toplanan sübutlara əsasən, Çeçenistan Respublikasının Qroznı şəhərinin Şeyx-Mansurovski Rayon Məhkəməsi Çeçenistan İçkeriya Respublikasını və onun 14 Avropa ölkəsindəki 29 şöbəsini terror təşkilatı kimi tanıyan və Rusiyada fəaliyyətlərini qadağan edən qərar qəbul edib".

Rusiya kəşfiyyat xidmətinin məlumatına görə, ÇİR üzvləri Kiyev rejiminin tərəfində Rusiyaya qarşı vuruşurlar.

Onlar Belqorod və Kursk vilayətlərində təxribat və terror hücumlarında iştirak edərək Rusiya hərbçilərini və mülki şəxsləri öldürüblər.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO