Məscidə qanla xaç çəkildi: Müsəlmanlara açıq təhdid

Məscidə qanla xaç çəkildi: Müsəlmanlara açıq təhdid

Hazırda oxunan: Məscidə qanla xaç çəkildi: Müsəlmanlara açıq təhdid

605281

İsveçin Uppsala şəhərində məscidlərdən birinə qarşı təxribat xarakterli hücum qeydə alınıb.

Bizim.Media xəbər verir ki, hadisə yerində saxlanılan şübhəli qadının üzərindən bıçaq və divara yazı yazmaq üçün istifadə edildiyi ehtimal olunan bir qab mal qanı aşkarlanıb.

Uppsala polisinin açıqlamasına görə, qadın hadisə yerindən velosipedlə uzaqlaşarkən saxlanılıb. O, izahatı alındıqdan sonra sərbəst buraxılıb.
 

Məlumata əsasən, məscidin divarına qanla xaç işarəsi çəkilib. Uppsala məscidinin sosial şəbəkə hesabında paylaşılan fotoda bildirilib ki, yazıda nasist simvolları ilə yanaşı, müsəlmanlara qarşı açıq təhdid mesajları da yer alıb.


Məscid rəhbərliyi bəyan edib ki, bu hadisə təkcə ibadət ocağına deyil, bütövlükdə cəmiyyətin hörmət, birgəyaşayış və tolerantlıq prinsiplərinə qarşı ciddi hücumdur.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO