Tramp: “İranda xüsusi əməliyyat keçirdik, yaralı pilotumuz ərazidən götürüldü”

Tramp: “İranda xüsusi əməliyyat keçirdik, yaralı pilotumuz ərazidən götürüldü”

Hazırda oxunan: Tramp: “İranda xüsusi əməliyyat keçirdik, yaralı pilotumuz ərazidən götürüldü”

605169

ABŞ prezidenti Donald Tramp İranda vurulan F-15E qırıcısının ikinci ekipaj üzvünün uğurla xilas edildiyini təsdiqləyib.

Bizim.Media  xəbər verir ki, bu barədə o, "Truth Social" hesabında yazıb.

“Biz onu xilas etdik! ABŞ Silahlı Qüvvələri son saatlarda tariximizin ən cəsarətli axtarış-xilasetmə əməliyyatlarından birini həyata keçirdi. Mən böyük məmnuniyyətlə bildirirəm ki, o sağdır”, – deyə Tramp qeyd edib.

ABŞ lideri əlavə edib ki, pilot yaralansa da, onun vəziyyəti stabildir və tezliklə sağalacağı gözlənilir.

Bizim.Media
 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO