ABŞ və İsrail ərəb ölkələrini Tehrana qarşı çevirir? - İrandan RƏSMİ CAVAB

ABŞ və İsrail ərəb ölkələrini Tehrana qarşı çevirir? - İrandan RƏSMİ CAVAB

Hazırda oxunan: ABŞ və İsrail ərəb ölkələrini Tehrana qarşı çevirir? - İrandan RƏSMİ CAVAB

605090

İran hesab edir ki, ABŞ və İsrail Fars körfəzində müharibəni genişləndirmək və Tehranın cənubdakı ərəb qonşuları ilə toqquşmasını körükləmək istəyir.

Bizim.Media xəbər verir ki, bu barədə RİA Novosti-yə müsahibəsində İranın Qahirədəki diplomatik missiyasının rəhbəri Muctəba Ferdousipur bildirib.

Diplomatın sözlərinə görə, Vaşinqton və Təl-Əvivin məqsədi müharibəni İranla Fars körfəzinin cənub sahilində yerləşən ərəb ölkələri arasında qarşıdurmaya çevirməkdir.

O, həmçinin iddia edib ki, hazırda ABŞ və İsrail region ölkələrinin liderlərinə təzyiq göstərərək onları Tehrana qarşı müharibəyə cəlb etməyə çalışırlar.

Bundan əvvəl mediada İranın qarşıdurmanın dayandırılması üçün əsas şərtlərindən birinin ölkənin dinc nüvə hüququna hörmət göstərilməsi olduğu da bildirilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO