Pentaqon İrana qarşı əməliyyatda ABŞ-ın itkilərini açıqladı

Pentaqon İrana qarşı əməliyyatda ABŞ-ın itkilərini açıqladı

Hazırda oxunan: Pentaqon İrana qarşı əməliyyatda ABŞ-ın itkilərini açıqladı

605082

ABŞ Müdafiə Nazirliyinin məlumatına görə, 28 fevral 2026-cı ildə başlayan “Operation Epic Fury” əməliyyatından bəri 13 amerikalı hərbçi həlak olub, 365 hərbçi isə yaralanıb.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı “The Wall Street Journal” nəşri Pentaqonun məlumatlarına istinadən yazıb.

Yaralananların ən böyük hissəsini quru qoşunlarının hərbçiləri — 247 nəfər təşkil edir.

Onlardan başqa 63 hərbi dənizçi, 19 dəniz piyadası və 36 Hərbi Hava Qüvvələri əməkdaşı müxtəlif dərəcəli xəsarətlər alıb.

Qərb mediasının yazdığına görə, son günlər ABŞ-ın iki hərbi təyyarəsinin sıradan çıxması və İranda itkin düşən ekipaj üzvü ilə bağlı axtarış əməliyyatı bu rəqəmlərə diqqəti daha da artırıb.

Reuters və digər nəşrlər bildirir ki, müharibə başlayandan bəri ABŞ itkiləri həm siyasi, həm də hərbi müstəvidə əlavə təzyiq yaradır.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO