İranın Hörmüz boğazından keçid üçün rüsum tətbiqi ideyası 40-dan çox ölkə tərəfindən rədd edildi

İranın Hörmüz boğazından keçid üçün rüsum tətbiqi ideyası 40-dan çox ölkə tərəfindən rədd edildi

Hazırda oxunan: İranın Hörmüz boğazından keçid üçün rüsum tətbiqi ideyası 40-dan çox ölkə tərəfindən rədd edildi

604733

Hörmüz boğazında vəziyyətə həsr olunmuş təhlükəsizlik konfransının iştirakçıları İranın bu boğazdan keçid üçün rüsum tətbiq etmək ideyasını rədd ediblər.

Bizim.Media xəbər verir ki, bu barədə 40-dan çox ölkənin xarici işlər nazirlərinin iştirak etdiyi iclasa sədrlik edən Böyük Britaniyanın xarici işlər naziri İvet Kuperin bəyanatında bildirilib.

Böyük Britaniyanın Xarici İşlər Nazirliyi tərəfindən dərc edilmiş sənəddə qeyd olunur:

“Biz kollektiv və əlaqələndirilmiş fəaliyyət üçün bir sıra mümkün yolları müzakirə etdik. Məqsədimiz BMT vasitəsilə beynəlxalq diplomatik təzyiqi artırmaq, Hörmüz boğazından maneəsiz tranziti təmin etmək və oradan keçən gəmilərə tətbiq oluna biləcək bütün tariflərdən imtina edilməsi üçün İrana aydın və əlaqələndirilmiş siqnallar göndərməkdir”.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO