Prezident seçkilərində Berdiməhəmmədovun oğlunun rəqibi bu şəxs olacaq

Prezident seçkilərində Berdiməhəmmədovun oğlunun rəqibi bu şəxs olacaq

Hazırda oxunan: Prezident seçkilərində Berdiməhəmmədovun oğlunun rəqibi bu şəxs olacaq

0:00
0:00
60414

Türkmənistanın Aqrar Partiyası prezident seçkilərində öz namizədini təsdiqləyib.

Bizim.Media xəbər verir ki, bu barədə qərar partiyanın növbədənkənar qurultayında qəbul edilib.

Qərara əsasən, Aqrar Partiyası tərəfindən Marı vilayəti rəhbərinin müavini Ağacan Bəymıradovun prezidentliyə namizədliyi irəli sürülüb.

Xatırladaq ki, 2022-ci il fevralın 14-də Mərkəzi Seçki Komissiyası (MSK) ölkədə prezident seçkilərində iştirak edəcək namizədlərin qeydiyyatına başlandığını elan edib. 

İlk olaraq namizədliyi Türkmənistan Demokratik Partiyası tərəfindən irəli sürülən Nazirlər Kabineti sədrinin müavini, hazırkı prezident Qurbanqulu Berdiməhəmmədovun oğlu Serdar Berdiməhəmmədov qeydə alınıb.

 



Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO