ABŞ prezidenti Donald Tramp təşkilata üzv ölkələrin maliyyə öhdəliklərini yerinə yetirməməsinə görə onları cəzalandırmaq məqsədilə NATO-nun yenidən qurulması planını nəzərdən keçirir.
Bizim.Media xəbər verir ki, bu barədə “The Telegraph” yazıb.
Nəşrin məlumatına görə, prezident “oynamaq üçün ödə” modelini təklif edir.
Bu modelə əsasən, maliyyə öhdəliklərini yerinə yetirməyən müttəfiqlər mühüm qərarların, o cümlədən blok daxilində müharibə ilə bağlı qərarların qəbulunda iştirak hüququndan məhrum edilə bilər.
Bu, Trampın müttəfiqlər tərəfindən Hörmüz boğazında gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün hərbi gəmilər göndərilməsi təklifinin rədd edilməsindən sonra nəzərdən keçirdiyi bir neçə ideyadan biridir.
Bizim.Media































































































