Macarıstan Ukraynaya qaz nəqlini DAYANDIRDI

Macarıstan Ukraynaya qaz nəqlini DAYANDIRDI

Hazırda oxunan: Macarıstan Ukraynaya qaz nəqlini DAYANDIRDI

603295

Macarıstanın Baş naziri Viktor Orban ölkəsinin Ukraynaya qaz tədarükünü dayandırdığını açıqlayıb.

Bizim.Media “Ria Novosti”yə istinadla xəbər verir ki, bu qərar Kiyev Drujba neft kəməri vasitəsilə Rusiya neftinin tranzitini bərpa edənədək qüvvədə olacaq.
 

Qeyd edək ki, daha əvvəl Macarıstan artıq öz ərazisindən benzin və dizel yanacağının daşınmasını da dayandırmışdı. İndi isə bu məhdudiyyətlərə təbii qaz tədarükü də əlavə olunub.


Viktor Orban Ukraynanı şantajda ittiham edərək bildirib ki, Budapeşt güzəştə getmək niyyətində deyil. O qeyd edib ki, Macarıstan mövcud bütün təzyiq alətlərindən istifadə etməyə hazırdır.

Qeyd edək ki, Ukrayna ilə Macarıstan arasında münasibətlər uzun müddətdir gərgin olaraq qalır. Viktor Orban daha əvvəl də Kiyevə hərbi yardım göstərilməsinə qarşı çıxaraq, münaqişənin dayandırılmasını istədiyini dəfələrlə vurğulayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO