KİV: ABŞ-İran danışıqlarına bu şəxslər RƏHBƏRLİK EDƏCƏK

KİV: ABŞ-İran danışıqlarına bu şəxslər RƏHBƏRLİK EDƏCƏK

Hazırda oxunan: KİV: ABŞ-İran danışıqlarına bu şəxslər RƏHBƏRLİK EDƏCƏK

603192

Pakistanda Vaşinqton və Tehran arasında müharibənin dayandırılması ilə bağlı danışıqların keçirilməsi halında ABŞ vitse-prezidenti Cey Di Vens ölkəsinin nümayəndə heyətinə rəhbərlik edə bilər.

Bizim.Media xəbər verir ki, bu barədə "The Guardian" mənbələrə istinadən məlumat yayıb.
 

Bununla yanaşı qeyd olunub ki, İran tərəfindən əsas danışıqçı parlamentin spikeri Məhəmməd Baqer Qalibaf ola bilər.


Nəşr bildirib ki, Pakistan hökuməti Vaşinqton və Tehran arasında danışıqlarda vasitəçi olmaq istəyir. Tərəflər artıq bu həftə danışıqlar üçün İslamabadda görüşə bilərlər.

Eyni zamanda vurğulanıb ki, İslamabad nə hansısa sülh danışıqlarının keçirilmə yeri kimi rəsmi şəkildə təsdiqlənib, nə də tərəflər buna razılıq veriblər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO