Almaniyanın Lufthansa qrupu Yaxın Şərq istiqamətində uçuşları müvəqqəti olaraq dayandırıb.
Bizim.Media xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə şirkətin açıqlamasında bildirilib.
Təhlükəsizlik və əməliyyat səbəbləri ilə bir sıra şəhərlərə reyslər 24 oktyabr (2 noyabr) tarixinədək ləğv edilib.
Məlumata əsasən, dayandırılan uçuşlar Əbu-Dabi, Amman, Beyrut, Dammam, Ər-Riyad, Ərbil, Məsqət və Tehran hava limanlarını əhatə edir.
Qeyd olunub ki, qərar regionda mövcud vəziyyət nəzərə alınaraq qəbul edilib və sərnişinlərin təhlükəsizliyi prioritet hesab olunur.
Bizim.Media

- A-
- A
- A+
Dünya
14:52 / 24.03.2026
Bu istiqamətə uçuşlar noyabra qədər təxirə salındı
Hazırda oxunan: Bu istiqamətə uçuşlar noyabra qədər təxirə salındı
Hazırda oxunan: Bu istiqamətə uçuşlar noyabra qədər təxirə salındı
603155
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.





























































































