Nikol Paşinyan və həyat yoldaşı Anna Akopyan uzun illər davam edən ailə həyatından sonra ayrıldıqlarını açıqlayıblar.
Bizim.Media xəbər verir ki, baş nazir sosial şəbəkə hesabında etdiyi paylaşımda bildirib ki, onlar təxminən 30 il birlikdə olublar və bu müddətdə Anna Akopyan onun üçün ən böyük dəstək olub. Bununla yanaşı, münasibətlərdə yaranan problemlərin nəticədə belə bir qərarın verilməsinə səbəb olduğunu qeyd edib.
Ayrılığın səbəbləri ilə bağlı müxtəlif fikirlər səsləndirilir. Bəzi siyasi ekspertlər bu hadisəni son dövrlərdə yaşanan diplomatik gərginliklərlə əlaqələndirir. Xüsusilə, 2025-ci ilin avqustunda keçirilən beynəlxalq tədbirlərdən sonra yaranan vəziyyətin münasibətlərə təsir etdiyi iddia olunur.
Digər iddialara görə, Anna Akopyanın bəzi rəsmi səfərlərdəki davranışları və görünüşü müəyyən dairələrdə narazılıq doğurub. Lakin bu məlumatlar rəsmi şəkildə təsdiqlənməyib.
Məlumatlara əsasən, Anna Akopyan artıq hökumət iqamətgahını tərk edib və ayrıca yaşayışa başlayıb. Onun bundan sonra da xeyriyyə fəaliyyəti ilə məşğul olacağı bildirilir. (milli.az)

Bizim.Media































































































