Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

Hazırda oxunan: Süni intellektin işindən edəcəyi şəxslərin 86 faizi qadınlardır

602337

ABŞ-da aparılan araşdırmalara görə, süni intellekt tərəfindən təhdid edilən peşələrdə çalışanların 86%-i qadınlardır.

Bizim.Media xəbər verir ki, “Washington Post“ qəzetində dərc olunan məlumata görə, GovAI beyin mərkəzləri və Brookings İnstitutunun tədqiqatçıları süni intellekt texnologiyalarının inkişafının müxtəlif peşəkar qruplara nə dərəcədə təsir etdiyini araşdıran tədqiqat aparıblar.
 

Tədqiqat göstərir ki, ABŞ-da süni intellektdən risk altında olan işlərdə çalışanların 86%-i qadınlardır və bu da avtomatlaşdırmanın mənfi təsirlərinin cəmiyyət arasında bərabər paylanmadığını göstərir.


Tədqiqata görə, işçilərin 77%-nin qadın olduğu tərcüməçi peşəsinin süni intellekt tərəfindən təhdid edilmə ehtimalının çox yüksək olduğu aşkar edilib.

Müdür köməkçilərinin 95%-nin qadın olması, onların işlərinin süni intellekt tərəfindən təhlükə altına düşmə ehtimalının yüksək olduğu qiymətləndirilib.

Digər tərəfdən, 78%-i qadın olan stüardessalar və 88%-i qadın olan köməkçi tibb bacılarının süni intellekt tərəfindən işlərinin təhlükə altına düşmə ehtimalı aşağı olaraq qiymətləndirilib. (lent.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO