Rusiya-Ukrayna böhranında gərginlik davam edərkən, iki ölkənin izlədiyi və qiymətləndirdiyi bir çox faktorlar var.
Bizim.Media xəbər verir ki, hava proqnozlarında "Rasputitsa"nın izlənməsi də bunlardan biridir.
Müasir müharibələrdə hava şəraitindən asılı olaraq gedişat dəyişə bilər. Mümkün Rusiya-Ukrayna müharibəsində də hava mühüm faktordur. Bu baxımdan həm Ukrayna, həm də Rusiya buna diqqət edir.
MÖVZU İLƏ BAĞLI:
Rusiya-Ukrayna gərginliyi enerji qiymətlərini artırır
"Rasputitsa" nədir?
"Rasputitsa" rus sözüdür, manası yaz və payız aylarında yaranan palçıqlı yol deməkdir.
Qeyd edək ki, Rusiya-Ukrayan sərhədindəki xeyli hissə palçıq bataqlığıdır.
Daha ətraflı videodan izləyək:
Oral Mədənçi, Bizim.Media