"Klon" serialı ilə bağlı qalmaqal

"Klon" serialı ilə bağlı qalmaqal

Hazırda oxunan: "Klon" serialı ilə bağlı qalmaqal

601488

Məşhur "Klon" serialındakı rolu ilə tanınan braziliyalı aktyor Viktor Fazanu serialın təkrar nümayişinə görə "Globo" teleşirkətini məhkəməyə verib.

Bizim.Media xəbər verir ki, 67 yaşlı aktyor artıq ikinci dəfə məhkəməyə müraciət edib.

Birinci dəfə məhkəmə onun iddiasını rədd etmişdi, belə ki, aktyor kompensasiyanın dəqiq məbləğini göstərməmiş və yalnız mənəvi zərərə görə pul tələb etmişdi.
 

V.Fazanu hesab edir ki, telekanal "Klon" serialının televiziyada və yayım platformalarında təkrar nümayişinə görə ona kompensasiya ödəməli idi.


Apellyasiya şikayətində aktyor bildirib ki, müqaviləyə çıxışı olmadığı üçün tələb olunan ödənişlərin məbləğini müəyyən edə bilməyib. (Oxu.az)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO