Rusiya Kiyevi vurdu: Ölənlər və yaralılar var – FOTO

Rusiya Kiyevi vurdu: Ölənlər və yaralılar var – FOTO

Hazırda oxunan: Rusiya Kiyevi vurdu: Ölənlər və yaralılar var – FOTO

601441

Martın 14-nə keçən gecə Rusiya qoşunlarının Ukraynanın Kiyev vilayətinə raket və dron hücumu nəticəsində azı iki nəfər ölüb, daha səkkiz nəfər yaralanıb.

Bizim.Media bu barədə yerli hakimiyyət nümayəndələrinə istinadən xəbər verir.
 

"Təəssüf ki, Brovarı rayonunda iki nəfər həlak olub. Yataqxana binası, istehsalat və anbar binaları zədələnib", - Kiyev Vilayət Hərbi Administrasiyasının rəhbəri Nikolay Kalaşnik öz "Telegram" kanalında yazıb.


O dəqiqləşdirib ki, hücumun fəsadları həmçinin paytaxtın Obuxov rayonunda da qeydə alınıb, orada çoxmərtəbəli binanın texniki otağı zədələnib, yaxınlığında isə avtomobillər yanıb.

Brovarı meri İqor Sapojko, öz növbəsində, bildirib ki, raket atəşi nəticəsində səkkiz nəfər xəsarət alıb, onlar yerli xəstəxanaya yerləşdiriliblər.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO