İrandan Türkiyəyə atılan 3-cü ballistik raket NATO HHM tərəfindən məhv edilib – FOTO

İrandan Türkiyəyə atılan 3-cü ballistik raket NATO HHM tərəfindən məhv edilib – FOTO

Hazırda oxunan: İrandan Türkiyəyə atılan 3-cü ballistik raket NATO HHM tərəfindən məhv edilib – FOTO

601268

Bu gecə saat 03:30-dan etibarən sosial mediada əks olunan görüntülərdə Adana hava məkanı üzərində yanaraq düşən bəzi cisimlər görünüb.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin müdafiə sənayesinə dair ciddi paylaşımları ilə tanınan "savunmasanayiST.com" səhifəsi məlumat yayıb.

"Bu cisimlərin İrandan Türkiyəyə atılan 3-cü bir ballistik raketin NATO-ya aid hava hücumundan müdafiə sistemləri (HHM) tərəfindən məhv edilməsi nəticəsində atmosferə daxil olaraq yanan və düşən hissələrə aid olduğu qiymətləndirilir", - məlumatda qeyd olunub.

Hadisə zamanı hər hansı partlayışın baş vermədiyi bildirilib.
 

Bundan öncə də İrandan atılan iki ballistik raket Türkiyə hava məkanını pozduğu üçün NATO-ya məxsus HHM sistemi vasitəsilə zərərsizləşdirilib.


Xatırladaq ki, ABŞ və İsrail fevralın 28-də İrana qarşı hərbi əməliyyatlara başlayıb. Nəticədə İranın ali rəhbəri ayətullah Əli Xamenei və bir sıra yüksək vəzifəli şəxslər öldürülüb. Bundan sonra İran İsraillə yanaşı, ABŞ və müttəfiqlərinin hərbi bazalarının yerləşdiyi Səudiyyə Ərəbistanı, Qətər, Birləşmiş Ərəb Əmirlikləri, Oman, Bəhreyn, İraq və Kiprdə müəyyən etdiyi hədəflərə zərbələr endirməyə başlayıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO