İraqdakı Fransa bazasına PUA HÜCUMU – Ölən və yaralılar var – VİDEO

İraqdakı Fransa bazasına PUA HÜCUMU – Ölən və yaralılar var – VİDEO

Hazırda oxunan: İraqdakı Fransa bazasına PUA HÜCUMU – Ölən və yaralılar var – VİDEO

601246

İraq Kürdüstanının Ərbil şəhərindəki hərbi bazaya pilotsuz uçuş aparatları ilə hücum edilib.

Bizim.Media xəbər verir ki, bu barədə Fransa Prezidenti Emmanuel Makron "X" hesabında yazıb.

Hücum zamanı Fransa ordusunun bir hərbçisi ölüb.

"Millətin minnətdarlığını və həmrəyliyini onun ailəsinə və silahdaşlarına bildirmək istəyirəm. Bir neçə hərbçimiz yaralanıb", - deyə Makron yazıb.

Fransa prezidenti hücumu qəbuledilməz adlandırıb. O bildirib ki, Fransa qoşunları bölgədə yalnız terrorizmlə mübarizə aparmaq üçündür.

Qeyd edək ki, ölən hərbçi VII Alp atış batalyonunun adyutant-rəisi Arnaud Frion olub. Bundan əlavə 6 Fransa əsgərinin yaralandığı bildirilir.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO