Macarıstanda maraqlı seçki - Baş nazirin 2 it rəqibi var 

Macarıstanda maraqlı seçki - Baş nazirin 2 it rəqibi var 

Hazırda oxunan: Macarıstanda maraqlı seçki - Baş nazirin 2 it rəqibi var 

60122

Macarıstanda hazırki baş nazirə 2 it rəqib olub. 

Bizim.Media xəbər verir ki, aprelin 3-də keçiriləcək parlament seçkilərində zarafatla qurulan “İkiquyruqlu İt” Partiyası baş nazir Viktor Orbana rəqib olaraq iki iti göstərib. 

Macarıstanda parlament seçkiləri aprelin 3-nə təyin edilib. Baş nazir Viktor Orban seçkilərdə maraqlı rəqiblərlə qarşılaşıb. 
“Facebook”da böyük izləyici kütləsi toplayan “İki Quyruqlu Köpək” Partiyası (MKKP) Orbana qarşı buldoq cinsi “Huba” və labrador cinsi “Radon”u namizəd göstərib. 

“Daha ədalətli dünya” 

Partiyanın seçki şüarı “Ayağa qalx və mənə səs ver”, namizədlərinin vədi isə “daha ədalətli dünya” olub. Sorğular göstərir ki, namizəd itlər 4 faiz səs toplaya bilər. 

2006-cı ildə zarafat, pulsuz pivə, ölümsüzlük və Marsda bir macar restoranı qurmaq məqsədi ilə yola çıxan partiya 2019-cu il yerli seçkilərində paytaxt Budapeştin 4 rayonunda millət vəkili olmaq üçün yarışıb. 

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO