Venesuela prezidenti Nicolás Maduro hazırda ABŞ həbsxanasında cəza kamerasında saxlanılır.
Bizim.Media xəbər verir ki, bu barədə İspaniyanın ABC qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, Maduro intizam təcridxanasına yerləşdirilib və xüsusi rejimdə saxlanılır.
Mənbələrin bildirdiyinə əsasən, məhbuslara həftədə üç dəfə kameradan çıxmağa icazə verilir və bu vaxt cəmi bir saat davam edir. Həmin müddətdə onların əllərinə və ayaqlarına qandal taxılır və iki mühafizəçi tərəfindən müşayiət olunurlar.
Qəzetin məlumatına görə, gecə saatlarında Maduronun kamerasından onun ispan dilində yüksək səslə danışdığı eşidilir. O, saxlanılmasını “oğurlanma” kimi qiymətləndirir və ona pis rəftar edildiyini iddia edir.
Məlumata görə, yanvarın 3-nə keçən gecə ABŞ Venesuelada hərbi əməliyyat keçirib və bu əməliyyat zamanı Maduro və həyat yoldaşı Cilia Flores saxlanılaraq ABŞ-a aparılıb.
Onlar narkotik ticarəti ilə bağlı ittihamlarla üzləşiblər və məhkəmə prosesi üçün Nyu-Yorka gətiriliblər.
Martın 7-də isə ABŞ prezidenti Donald Trump Venesuelada səlahiyyətli prezident kimi Delcy Rodríguez rəhbərlik etdiyi hökuməti tanıdığını açıqlayıb.
Bizim.Media

































































































