Tramp müşaviri ilə sevgili olan naziri İŞDƏN QOVDU

Tramp müşaviri ilə sevgili olan naziri İŞDƏN QOVDU

Hazırda oxunan: Tramp müşaviri ilə sevgili olan naziri İŞDƏN QOVDU

601120

ABŞ prezidenti Donald Trump daxili təhlükəsizlik naziri Kristi Noemi vəzifəsindən azad edib.

Bizim.Media xəbər verir ki, bu barədə informasiyanı "New York" Post Ağ Evdəki mənbələrə istinadən yayıb.

Məlumata görə, Noemin istefasına səbəb onun müşaviri Corey Levandovski ilə mümkün şəxsi münasibətləri ətrafında yaranan qalmaqal olub.
 

ABŞ Konqresində keçirilən dinləmələr zamanı konqres üzvlərindən biri nazirdən Levandovski ilə intim münasibətinin olub-olmadığını birbaşa soruşub. Noem isə suala konkret cavab verməkdən imtina edib və bunu “tabloid səviyyəli cəfəngiyyat” adlandırıb.


Digər qanunvericilər mövzunu bağlamaq üçün sadəcə “yox” deməyi təklif etsələr də, nazir bu cür cavab verməyib. Ağ Evdəki mənbələrin sözlərinə görə, məhz bu epizod Tramp üçün “son damla” olub və onun istefasına səbəb kimi qiymətləndirilib.

Mənbələrin bildirdiyinə görə, dinləmələrdə Noemin həyat yoldaşı da iştirak edib. Cütlük 30 ildən artıqdır ki, evlidir.

Bundan başqa, Trampın narazılığı daha əvvəl də yaranmışdı. Belə ki, Noem Senatda çıxışı zamanı prezidentin guya nazirliyin 220 milyon dollar dəyərində reklam kampaniyasını təsdiqlədiyini bildirmişdi. Kampaniyada nazir özü əsas rolda çəkilmişdi. Lakin Tramp sonradan belə bir qərardan xəbəri olmadığını deyib.
 

Yanvar ayında ABŞ administrasiyası Minnesota ştatında gərginliyin artması fonunda Noemin fəaliyyətinin yoxlanılması ilə bağlı araşdırma başladıb. Martın əvvəlində isə prezident onu vəzifəsindən uzaqlaşdıraraq yerinə Oklahoma ştatından senator Markvayne Mullinin təyin olunacağını açıqlayıb.


Bundan əvvəl ABŞ-da Trampın işi üzrə araşdırma aparan FBİ-nin (Federal Bureau of Investigation) 10 əməkdaşının da işdən çıxarıldığı bildirilmişdi.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO