Ekspert: İran istənilən vaxt Kaliforniyaya dronlarla hücum edə bilər

Ekspert: İran istənilən vaxt Kaliforniyaya dronlarla hücum edə bilər

Hazırda oxunan: Ekspert: İran istənilən vaxt Kaliforniyaya dronlarla hücum edə bilər

601105

ABŞ ordusunun keçmiş kəşfiyyat və xüsusi təyinatlı hərbçisi bildirib ki, İranın Kaliforniya ştatındakı obyektlərə pilotsuz uçuş aparatları ilə hücum etmək üçün texnologiyası və imkanları var.

Bizim.Media xəbər verir ki, bu barədə New York Post məlumat yayıb.

Keçmiş hərbi kəşfiyyatçı və xüsusi təyinatlı qüvvələrin üzvü Brett Velicoviç qeyd edib ki, İranın dron texnologiyası ABŞ ərazisinə uzaq məsafədən zərbə endirmək potensialına malikdir. Onun sözlərinə görə, Tehran Kaliforniya sahillərinə qarşı dron hücumu planlaşdıra bilər.

 

Velikoviç bildirib ki, ABŞ Federal Təhqiqat Bürosu (FBI) tərəfindən yerli hüquq-mühafizə orqanlarına göndərilən xəbərdarlıqlar təhlükənin ciddiliyini göstərir.


“Biz dron hücumlarına qarşı çox həssasıq. Bu cür hücumlara tam hazır deyilik”, – deyə ekspert vurğulayıb.

Onun sözlərinə görə, İranın minlərlə döyüş dronu var və onlar minlərlə kilometr məsafədən idarə edilə bilər. Bu aparatların yüzlərlə kilometr uçaraq hədəfə çatmaq qabiliyyətinə malik olduğu qeyd edilir.

Ekspert bildirib ki, belə dronlar “sürü” şəklində istifadə edilə və bu zaman bir neçə aparat eyni vaxtda hücum edərək hava hücumundan müdafiə sistemlərini çətin vəziyyətə sala bilər.
 

Velikoviçin sözlərinə görə, dronlar hətta gəmilərdən və ya pilotsuz dəniz vasitələrindən buraxıla bilər. O qeyd edib ki, belə aparatları uzaq məsafədən, məsələn, peyk interneti vasitəsilə də idarə etmək mümkündür.


Potensial hədəflər kimi şəhər mərkəzləri, limanlar, infrastruktur obyektləri, idman tədbirləri keçirilən yerlər, hotellər, ofis binaları, dövlət qurumları və hərbi bazalar göstərilir.

Ekspert bildirib ki, belə hücumların qarşısını almaq üçün çoxsəviyyəli müdafiə sistemi lazımdır. Buraya dronları məhv edə bilən raketlər, idarəetməni pozan radioelektron mübarizə vasitələri və lazer texnologiyaları daxil ola bilər.
 

O əlavə edib ki, bəzən dronların qarşısını almaq üçün ən sadə üsullardan — məsələn, atıcı silahlardan istifadə etməyə də ehtiyac yarana bilər.


Bu arada Los-Anceles polisi bildirib ki, hazırda şəhərə qarşı konkret təhlükə müəyyən edilməyib. Bununla belə, təhlükəsizlik qurumları Yaxın Şərqdəki gərginlik fonunda federal və yerli strukturlarla koordinasiyanı davam etdirir və mümkün riskləri izləyir.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO