İsrail “Hizbullah”ın qərargahlarını belə məhv etdi - VİDEO

İsrail “Hizbullah”ın qərargahlarını belə məhv etdi - VİDEO

Hazırda oxunan: İsrail “Hizbullah”ın qərargahlarını belə məhv etdi - VİDEO

601043

Ötən gecə İsrail Hərbi Hava Qüvvələri Livanın bütün ərazisi boyu "Hizbullah"ın hərbi infrastrukturuna zərbələr endirib. 

Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələri məlumat yayıb.

Zərbələr nəticəsində onlarla raket qurğusu məhv edilib və İsrailə raket atmağı planlaşdıran “Hizbullah” döyüşçüləri zərərsizləşdirilib. 

Həmçinin, yarım saat ərzində Beyrutun Dahiya rayonunda 10 komandanlıq mərkəzi, o cümlədən kəşfiyyat qərargahları və "Hizbullah"ın elit "Radvan" xüsusi təyinatlı qüvvələrinin qərargahı vurulub.

Xatırladaq ki, 28 fevralda İsrail və ABŞ İrana qarşı əməliyyatlara start verib. Bu hücumlara cavab olaraq İran "Əsl vəd 4" əməliyyatına başlayıb. İranın raket hücumları təkcə İsraili deyil, digər region ölkələrini, o cümlədən Azərbaycanı da əhatə edib.

Martın 2-də isə Hizbullah İsrailə qarşı müharibəyə başladığını elan edib. Buna cavab olaraq, İsrail qruplaşmanın mövqelərinə zərbələr endirib və Livanda quru əməliyyatlarına başlayıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO