Dünyada ən gözəl ad kimi Sofiya seçilib.
Bizim.Media xarici KİV-ə istinadla xəbər verir ki, araşdırmaçılar tədqiqat zamanı təxminən 100 müxtəlif adı analiz ediblər.
İştirakçılar adları səslənməsinə görə qiymətləndiriblər və Sofiya adı davamlı olaraq ən yüksək qiymətləri alıb.
İkinci sırada "Zoi", üçüncü yerdə isə "Rozi" adı yer alıb.
Qeyd edək ki, Sofiya qədim yunan sözüdür, mənası “müdriklik” deməkdir. Ad antik yunan mədəniyyəti ilə sıx bağlıdır, zəka, bilik və anlayışı simvolizə edir.
Bizim.Media






























































































