Rusiya ABŞ və İsraillə qarşıdurmada İrana hərbi dəstəyini artırır və gələcəkdə bu ölkəyə qoşun da göndərə bilər.
Bizim.Media xəbər verir ki, Ukrayna prezidenti Volodimir Zelenski bu fikirləri irlandiyalı bloger Caelan Robertson ilə müsahibəsində səsləndirib.
Ukrayna liderinin sözlərinə görə, Moskva artıq İranı pilotsuz uçuş aparatları ilə dəstəkləyir və ehtimal ki, raketlər və hava hücumundan müdafiə sistemləri ilə də kömək göstərə bilər.
“Rusiya artıq İran rejiminə dronlarla dəstək verməyə başlayıb. Şübhəsiz ki, raketlərlə də kömək edəcək və onlara hava hücumundan müdafiə sistemləri ilə dəstək göstərir. Bəs növbəti addım nə olacaq?” – deyə Zelenski bildirib.
O qeyd edib ki, hazırda əsas sual hansı ölkənin İran hakimiyyətinə dəstək məqsədilə ilk olaraq qoşun göndərə biləcəyidir.
Zelenski əlavə edib ki, buna bənzər vəziyyət Rusiya ilə bağlı da yaşanıb. O xatırladıb ki, Şimali Koreya Rusiyaya təxminən 10 min hərbçi göndərib və həmin qüvvələr hazırda Rusiyada yerləşdirilib, lakin gələcəkdə Ukraynaya göndərilə bilər.
“Eyni ssenari İranda da baş verə bilər – Rusiya oraya qoşun göndərə bilər”, – deyə Ukrayna prezidenti vurğulayıb.
Bizim.Media






























































































