Türkiyənin 15 gəmisi Hörmüz boğazında gözləyir – Nazirdən AÇIQLAMA

Türkiyənin 15 gəmisi Hörmüz boğazında gözləyir – Nazirdən AÇIQLAMA

Hazırda oxunan: Türkiyənin 15 gəmisi Hörmüz boğazında gözləyir – Nazirdən AÇIQLAMA

600908

Türkiyəyə məxsus 15 gəmi Hörmüz boğazında gözləmə vəziyyətindədir. Hazırda gəmilərlə bağlı problem yoxdur.

Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin nəqliyyat və infrastruktur naziri Abdulkadir Uraloğlu məlumat verib.
 

Bölgədəki vəziyyət səbəbindən Körfəz ölkələrinə tətbiq olunan və martın 13-dək davam edəcəyi bildirilən uçuş məhdudiyyətləri barədə danışan nazir bunun hadisələrin gedişatından asılı olduğunu deyib. 


“İranda qalan “Pegasus Airlines” və “Türk Hava Yolları” şirkətlərinə məxsus təyyarələr var. Onların ekipajlarını iki təyyarə ilə geri gətirdik. Vəziyyətin gedişatından asılı olaraq həmin təyyarələrin də geri gətirilməsi gündəmdə olacaq”, - deyə o diqqətə çatdırıb.


Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO