Berdiməhəmmədovdan gənc liderlərlə bağlı ANONS - PREZİDENT SEÇKİLƏRİNƏ START VERİLDİ

Berdiməhəmmədovdan gənc liderlərlə bağlı ANONS - PREZİDENT SEÇKİLƏRİNƏ START VERİLDİ

Hazırda oxunan: Berdiməhəmmədovdan gənc liderlərlə bağlı ANONS - PREZİDENT SEÇKİLƏRİNƏ START VERİLDİ

60085

Fevralın 14-dən Türkmənistanda prezident seçkiləri ilə bağlı kampaniyaya start verilib.

Bizim.Media xəbər verir ki, Türkmənistanın Seçki Məcəlləsinə uyğun olaraq, namizəd irəli sürmək hüququ seçkilərin təyin edildiyi günə qədər qeydə alınmış siyasi partiyalara, habelə vətəndaş qruplarına məxsusdur.

Siyasi partiyalar öz qurultaylarında prezidentliyə namizədlər irəli sürməlidirlər.

Qeyd edək ki, Türkmənistanda üç siyasi partiya var - Türkmənistan Demokratik Partiyası, Türkmənistan Aqrar Partiyası və Türkmənistan Sənayeçilər və Sahibkarlar Partiyası.

Türkmənistan prezidentliyinə namizəd bir qrup vətəndaş tərəfindən irəli sürüldükdə, o, ən azı 10 min seçici imzası ilə dəstəklənməlidir.

Bu ölkədə anadan olmuş, yaşı 40-dan aşağı olmayan, dövlət dilini bilən, son on beş ildə ölkədə daimi yaşayan və işləyən vətəndaşı Türkmənistanın prezidenti seçilə bilər. Türkmənistan prezidenti birbaşa xalq tərəfindən yeddi il müddətinə seçilir və and içdiyi andan səlahiyyətlərinin icrasına başlayır.

Türkmənistanda sonuncu dəfə prezident seçkiləri 2017-ci ildə keçirilib.

Xatırladaq ki, Türkmənistan Prezidenti, parlamentin yuxarı palatasının (Halk Maslahatı) sədri Qurbanqulu Berdiməhəmmədov ötən cümə günü bildirib ki, gənc liderlər üçün dövlət idarəçiliyinə yolların açılmasının zəruriliyi fikrini dəstəkləyir.
Bundan sonra parlamentin aşağı palatası (Məclis) Türkmənistanda prezident seçkilərinin 2022-ci il martın 12-nə təyin olunması haqqında qərar qəbul edib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO