Ukrayna NATO-ya üzvlük tələbindən imtina edə bilər

Ukrayna NATO-ya üzvlük tələbindən imtina edə bilər

Hazırda oxunan: Ukrayna NATO-ya üzvlük tələbindən imtina edə bilər

60080

Ukrayna NATO hərbi alyansına qoşulmaq məsələsində geri addım ata bilər.

Bizim.Media xəbər verir ki, bunu Ukraynanın Böyük Britaniyadakı səfiri Vadim Pristayko bildirib.

NATO-nun baş katibi Yens Stoltenberq bir neçə gün əvvəlki açıqlamasında “Bütün müttəfiqlər Ukraynanın NATO-ya üzv olması barədə qərar qəbul edib”  deyə bildirmişdi.

“BBC Radio 5”in efirində qonaq olan Pristayko “müharibənin qarşısını almaq üçün NATO-ya qoşulmağı düşünürlərmi?” sualına belə cavab verib:

“Biz, xüsusilə bu şəkildə təhdid, şantaj edilmiş, bu işə sövq edilmiş ola bilərik. Bəzən NATO-dan: “Dostlar, bəlkə, həqiqətən, bundan qaça bilərik” kimi səslər eşidəcəyik”. Əgər müharibə olsa, nəticələrinə biz tək başına qatlanacağıq”. 
Bununla belə, Pristayko Ukraynanın hazırda heç bir hərbi alyansın üzvü olmadığını bildirib.

Mia Quliyeva, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO