Ərdoğan Birləşmiş Ərəb Əmirliyinə getdi – Ankaranın bu ölkədən gözləntiləri NƏDİR?

Ərdoğan Birləşmiş Ərəb Əmirliyinə getdi – Ankaranın bu ölkədən gözləntiləri NƏDİR?

Hazırda oxunan: Ərdoğan Birləşmiş Ərəb Əmirliyinə getdi – Ankaranın bu ölkədən gözləntiləri NƏDİR?

60079

Fevralın 14-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Əbu-Dabinin vəliəhd şahzadəsi Şeyx Məhəmməd bin Zayed Əl Nəhyanın dəvəti ilə Birləşmiş Ərəb Əmirliyinə rəsmi səfərə yola düşüb.

Bizim.Media xəbər verir ki, Türkiyə Prezidenti səfərdən əvvəl Atatürk Hava Limanında media nümayəndələrinə müsahibə verib.

Səfər barədə açıqlamasında Prezident Ərdoğan ölkəsi ilə Birləşmiş Ərəb Əmirlikləri arasında münasibətlərdə yeni dövrün başlandığını bildirib.

BƏƏ səkkiz milyard dollara çatan ticarət dövriyyəmizdə əsas tərəfdaşlarımızdan biridir. Türkiyənin podratçı şirkətləri indiyədək BƏƏ-də 13 milyard dollar dəyərində 141 layihə həyata keçirib. BƏƏ də Türkiyədə dinamik investisiya sahəsinə mühüm töhfələr verir. Ölkələrimizin iqtisadiyyatının potensialı indiki rəqəmlərdən çox yüksəkdir. Səfərin məqsədi bu potensialı tez bir zamanda reallaşdırmaqdır”, - deyə Prezident Ərdoğan qeyd edib.

Rusiya-Ukrayna böhranı ilə bağlı sualı da cavablandıran Türkiyə Prezidenti səfər zamanı, sadəcə, BƏƏ ilə ölkəsi arasındakı münasibətlərin deyil, bölgədəki problemlərin də müzakirə olunacağını bildirərək deyib: “Hazırda bunların arasında ən vacibi Rusiya-Ukrayna böhranıdır. Səfər çərçivəsində bu məsələ və problemin aradan qardırılması istiqamətində atılacaq addımlar da müzakirə olunacaq”.

Səfər çərçivəsində Türkiyə ilə Birləşmiş Ərəb Əmirlikləri arasında investisiya, ticarət, müdafiə, nəqliyyat, kənd təsərrüfatı və səhiyyə sahələrini əhatə edən 12 sazişin imzalanması gözlənilir.

Təkbətək və nümayəndə heyətləri arasında görüşlərin keçiriləcəyi səfər çərçivəsində ikitərəfli əlaqələrlə yanaşı, sülh və sabitliyin bərqərar olması, qorunub saxlanması anlayışı əsasında regional və beynəlxalq hadisələrlə bağlı fikir mübadiləsi aparılacaq.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO