Ukrayna ordusu Dnepropetrovsk vilayətini azad etdi - FOTO

Ukrayna ordusu Dnepropetrovsk vilayətini azad etdi - FOTO

Hazırda oxunan: Ukrayna ordusu Dnepropetrovsk vilayətini azad etdi - FOTO

600704

Ukrayna Silahlı Qüvvələri Dnepropetrovsk vilayətinin demək olar ki, bütün ərazisini azad edib, yalnız bir neçə yaşayış məntəqəsi qalıb. 

Bizim.Media  xəbər verir ki, bu barədə Ukrayna Silahlı Qüvvələri Baş Qərargahının Baş Operativ İdarəsinin rəisi, general-mayor Aleksandr Komarenko bildirib.

Onun sözlərinə görə, Ukrayna qüvvələri Dnepropetrovsk və Zaporojye vilayətləri sərhədində planlı hücum əməliyyatı aparır. Əməliyyat zamanı artıq 400 kvadrat kilometrdən çox ərazi azad edilib.


Komarenko qeyd edib ki, vilayətdə üç kiçik yaşayış məntəqəsinin azad edilməsi və daha iki məntəqədə təmizləmə əməliyyatları qalır

Eyni zamanda o bildirib ki, Rusiya yaz aylarında hücum əməliyyatları planlaşdırır, xüsusilə Zaporojye və Dnepropetrovsk vilayətlərində irəliləməyə çalışa bilər.

Bizim.Media  

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO