SEPAH Müctəba Xameneinin Ali rəhbər seçilməsinə belə REAKSİYA VERDİ

SEPAH Müctəba Xameneinin Ali rəhbər seçilməsinə belə REAKSİYA VERDİ

Hazırda oxunan: SEPAH Müctəba Xameneinin Ali rəhbər seçilməsinə belə REAKSİYA VERDİ

600450

İran İnqilab Keşikçiləri Korpusu (SEPAH) yeni Ali Rəhbər Seyid Müctəba Xameneiyə sədaqət andı içib.

Bizim.Media “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə SEPAH-ın yaydığı bəyanatda deyilir.

Bəyanatda SEPAH-ın Xameneinin göstərişlərinə əməl etməyə hazır olduğu vurğulanıb.

“Müctəba Xameneinin seçilməsi İslam Respublikasında yeni bir şəfəq və yeni bir dövrün başlanğıcını göstərir. Ekspertlər Şurası tərəfindən seçilən şəxsə hörmətimizi, sədaqətimizi və itaətkarlığımızı bəyan edirik”, - bəyanatda deyilir.

Qeyd edək ki, İran Ekspertlər Assambleyası Əli Xameneinin oğlu Müctəba Xameneini İranın yeni ali lideri seçib. 

Xatırladaq ki, İslam Respublikasının Ali rəhbəri Əli Xamenei fevralın 28-də İrana zərbələr zamanı öldürülüb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO