Bu şəxsin məzarını tapmaq üçün İsrail ordusu xüsusi əməliyyat keçirdi – FOTO

Bu şəxsin məzarını tapmaq üçün İsrail ordusu xüsusi əməliyyat keçirdi – FOTO

Hazırda oxunan: Bu şəxsin məzarını tapmaq üçün İsrail ordusu xüsusi əməliyyat keçirdi – FOTO

600210

İsrail Hərbi Hava Qüvvələrinin xüsusi təyinatlıları 1986-cı ildə Livan əsirliyinə düşən Hərbi Hava Qüvvələrinin şturmanı Ron Aradın qalıqlarını tapmaq məqsədilə ötən gecə Livanın şərqində əməliyyat keçirib.

Bizim.Media xəbər verir ki, bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Livanın Nəbi-Şit bölgəsindəki əməliyyat bilavasitə Aradın qalıqlarını aşkar etmək məqsədi daşıyıb, lakin nəticəsiz başa çatıb.

Livan Səhiyyə Nazirliyinin məlumatına görə, Nəbi-Şitdəki əməliyyat zamanı ən azı 26 nəfər həlak olub, daha 35 nəfər yaralanıb.
 

Qeyd edək ki, Ron Arad 1986-cı il oktyabrın 16-da döyüş tapşırığı ilə yollandığı Livan ərazisi üzərində "F-4 Phantom" təyyarəsi vurulduqdan sonra əsir düşüb.


Təyyarənin pilotunu xilasetmə helikopteri ilə götürmək mümkün olsa da, Aradı xilas etmək mümkün olmayıb. Onun azad edilməsi barədə danışıqlar iki il ərzində aparılsa da, sonradan dayandırılıb. Həmin vaxtdan bəri o, itkin düşmüş hesab edilir.




Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO