12 yaşındaykən Avropanı özünə heyran edən çoban oğlu – Rus gözəldən ötrü rahib oldu – FOTO

12 yaşındaykən Avropanı özünə heyran edən çoban oğlu – Rus gözəldən ötrü rahib oldu – FOTO

Hazırda oxunan: 12 yaşındaykən Avropanı özünə heyran edən çoban oğlu – Rus gözəldən ötrü rahib oldu – FOTO

600191

XIX əsrin ən böyük virtuozlarından biri Frans List, Macarıstan kralının sürülərində çobanlıq edən Georg Adam Listin yeganə oğlu idi. 

Hələ körpə yaşlarında xüsusi bacarıqları ilə seçilən uşağı valideynləri musiqi məktəbinə yazdırırlar. 

Səkkiz yaşında Frans zadəganların evlərində konsertlər verməyə başlayır. Uşağının bu qabiliyyəti ilə maddi vəziyyəti yaxşılaşan Adam 1821-ci ildə Adam həyat yoldaşı və oğlu ilə birlikdə Vyanaya köçür. Dünya şöhrətli bəstəkar Antonio Salyeri onu dinlədikdən sonra pulsuz dərs verməyi öhdəsinə götürür.
 

Hətta dərslərin birində məşhur bəstəkar Bethoven də gəlib izləyərək oğlanı qucaqlayıb öpür. List bunu ömrünün sonuna qədər xatırlayırdı.On iki yaşında isə məhz 7 martda Parisdəki ilk çıxışı ilə fransız tamaşaçılarını valeh etdi. 


Fortepiano konserti zamanı dirijor, məşhur bəstəkar Coakino Rossini, gənc virtuoz pianoçunun ifasından o qədər təsirləndi ki, musiqiçilərinə təlimat verməyi, dirijor çubuğunu hərəkət etdirməyi unutdu. Uşaq hətta məşhur bəstələri belə bədahətən, öncədən hazırlaşmadan özünəməxsus şəkildə improvizə edirdi. 

Ertəsi gün bütün Paris qəzetləri ondan yazırdı. 

Ayaqları fortepiano pedallarına güclə çatan bu uşaq qısa zamanda Avropanın aparıcı pianoçusuna çevrildi. 14 yaşında isə artıq bir opera yazmışdı. 

Listin həyatı boyu şüarı belə idi:

"Ya ən yaxşı ol, ya da heç nə." 

O, təkcə ifaçı və bəstəkar deyil, həm də dirijor, müəllim və publisist idi. O fortepianodan başqa səhnədə bir neçə alətdə ifa etməyi sevirdi, konsert zamanı onları bir-bir dəyişdirirdi. O, elə bir emosiya ilə ifa edirdi ki, hər alət buna tab gətirə bilmirdi. Hər qastrol səfəri zamanı Avropa boyunca qırıq simli və qopmuş klavişli pianolar qoyurdu. 


1847-ci ildə məşhur musiqiçi Rusiyaya qastrol səfərinə gəlir. O, yetimlər üçün xeyriyyə konserti verəndə, bir qadın bir rubl dəyərində bilet üçün 100 rubl ödəyir. Bu, knyaginya Karolina Vitgenşteyn idi. Maestro bu qadınla tanış olur, ölkəsinə qayıtdıqdan qısa müddət sonra ayrılığa dözə bilməyib geri dönür.

Bəstəkar Karolina ilə evlənmək istəyirdi, amma o, ərdə idi.

Boşanma mümkün olmadı, ona görə də knyaginyanın qoşulub qaçmaqdan başqa çarəsi qalmadı. 11 yaşlı qızını da özüylə apardığına görə vətəninə əbədi olaraq qayıda bilmədi, orada əxlaqsız hərəkətinə görə titulundan və mülkiyyət hüquqlarından məhrum edildi. 

Cütlük evlənmək cəhdlərində israrlı olsa da, Papa hələ də ərli qadın sayılan Vitgenşteynlə bəstəkarı evləndirmədi. Karolina depressiyaya düşür, Tanrının onları cəzalandırdığını düşünür və monastıra gedərək tövbə edir. Ondan qısa müddət sonra List də rahib oldu. Həyatının sonrakı illərində isə müəllimlik edib, yalnız kilsə mahnıları bəstələdi.





Şəfiqə Şəfa, Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO