Türkiyədə Şuşa Bəyannaməsinin təsdiq olunması haqqında QANUN qüvvəyə mindi

Türkiyədə Şuşa Bəyannaməsinin təsdiq olunması haqqında QANUN qüvvəyə mindi

Hazırda oxunan: Türkiyədə Şuşa Bəyannaməsinin təsdiq olunması haqqında QANUN qüvvəyə mindi

60009

 “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq olunması ilə bağlı Qanun Türkiyənin “Rəsmi Qəzet”ində dərc edilib.

Bizim.Media xəbər verir ki, Şuşa Bəyannaməsinin təsdiqi ilə bağlı Qanun rəsmən qüvvəyə minib.

"2021-ci il iyunun 15-də Şuşa şəhərində imzalanmış Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında müttəfiqlik əlaqələri haqqında Şuşa Bəyannaməsi təsdiq edilib. Bu Qanun dərc edildiyi gündən qüvvəyə minir. Bu Qanunun müddəalarını Prezident təsbit edir", - “Rəsmi Qəzet”də qeyd olunur.

Xatırladaq ki, fevralın 11-də Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Şuşa Bəyannaməsinin rəsmi şəkildə dərc edilərək qüvvəyə minməsi ilə bağlı qərarı imzalayıb.

Fevralın 12-də isə Prezident İlham Əliyev “Azərbaycan Respublikası ilə Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında” Şuşa Bəyannaməsinin təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

Bəyannamə Şuşa şəhərində 15 iyun 2021-ci il tarixində imzalanıb. Sənədi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğan imzalayıb.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO