NATO Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə TƏYİN ETDİ

NATO Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə TƏYİN ETDİ

Hazırda oxunan: NATO Cənubi Qafqaz üzrə yeni xüsusi nümayəndə TƏYİN ETDİ

600013

NATO Kevin Hamiltonun Cənubi Qafqaz və Mərkəzi Asiya üzrə xüsusi nümayəndə təyin olunduğunu elan edib.

Bu barədə Bizim.Media Alyansa istinadən xəbər verir.

Qeyd edilib ki, Hamilton "bu iki strateji əhəmiyyətli regionda" Alyansın siyasətinin irəliləməsinə cavabdeh olacaq.
 

K.Hamilton, həmçinin NATO Baş Katibinin Siyasi Məsələlər və Təhlükəsizlik Siyasəti Şöbəsində tərəfdaşlıq məsələləri üzrə köməkçisinin müavini vəzifəsinə təyin edilib.


K.Hamilton bu təyinatdan əvvəl 2023-2026-cı illərdə (iqamətgahı Ankarada yerləşən-red) Kanadanın Azərbaycandakı səfiri olub. Daha əvvəl o, Rumıniya, Bolqarıstan və Moldova Respublikasında səfir (2016–2020) vəzifələrini tutub.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO