Belarus Prezidenti Aleksandr Lukaşenko 8 Mart — Beynəlxalq Qadınlar Günü ərəfəsində keçirilən qadınların mükafatlandırılması mərasimində çıxış edib.
Bizim.Media xəbər verir ki, Lukaşenko qadınlara müraciət edərək bildirib ki, əgər bu günlərdə hansısa kişi onları incitsə, bu barədə “TikTok” vasitəsilə Pezidentə şikayət edə bilərlər:
“Bayramınız mübarək! Əgər bu günlərdə hansısa kişi sizi incitsə, bir yol tapın, bizim “TikTok” hesabımız var. Mən hər səhər orada yazılanları oxuyuram. Bəzən hətta gülməli hallar da olur. Amma kimsə sizi incitsə, mənə yazın, mən mütləq reaksiya verəcəyəm.
Prezident Administrasiyasının rəhbəri Dmitri Nikolayeviç də bunu eşidir, o, məndən əvvəl məsələni nəzarətə götürəcək” - deyə Lukaşenko bildirib.
Bizim.Media

- A-
- A
- A+
Dünya
11:44 / 06.03.2026
Lukaşenko qadınlara SƏSLƏNDİ: “Ərləriniz sizi incitsə, mənə yazın” – VİDEO
Hazırda oxunan: Lukaşenko qadınlara SƏSLƏNDİ: “Ərləriniz sizi incitsə, mənə yazın” – VİDEO
Hazırda oxunan: Lukaşenko qadınlara SƏSLƏNDİ: “Ərləriniz sizi incitsə, mənə yazın” – VİDEO
599991
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

























































































