ABŞ prezidenti Donald Tramp İsrail prezidenti İshaq Hersoqu ölkənin baş naziri Benyamin Netanyahunu əfv etməyə çağırıb.
Bizim.Media xəbər verir ki, Tramp “Axios” nəşrinə müsahibəsində bu barədə danışıb.
ABŞ lideri bildirib ki, Netanyahu diqqətini yalnız İranla müharibəyə yönəltməlidir:
“Prezident Hersoq bu gün “Bibin”i (Netanyahu) əfv etməlidir. Mən istəmirəm ki, Bibinin fikri İranla müharibədən başqa nəyəsə yayınsın”.
Tramp Netanyahunun cinayət işi ilə bağlı prosesi “cadugər ovu” adlandıraraq əlavə edib:
“Mən hər gün Bibi ilə müharibə barədə danışıram. Onun diqqətini müharibəyə yönəltməsini istəyirəm, lənətə gəlmiş məhkəmə prosesinə yox. İstəyirəm ki, Bibiyə yeganə təzyiq İranla müharibə olsun”.
ABŞ prezidenti həmçinin bildirib ki, İsrail prezidenti Herzoq ona beş dəfə Netanyahunu əfv edəcəyini deyib, lakin sözünü tutmayıb. Tramp əlavə edib ki, Netanyahu əfv olunmayana qədər Herzoqla görüşmək niyyətində deyil.
Bizim.Media

- A-
- A
- A+
Dünya
09:09 / 06.03.2026
On beş dəfə söz verib ki, Netanyahunu əfv edəcək - Tramp
Hazırda oxunan: On beş dəfə söz verib ki, Netanyahunu əfv edəcək - Tramp
Hazırda oxunan: On beş dəfə söz verib ki, Netanyahunu əfv edəcək - Tramp
599964
© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.



























































































