Aldadıldığını anlamadı, “Adolf”la İranın gələcəyindən danışdı - VİDEO

Aldadıldığını anlamadı, “Adolf”la İranın gələcəyindən danışdı - VİDEO

Hazırda oxunan: Aldadıldığını anlamadı, “Adolf”la İranın gələcəyindən danışdı - VİDEO

599960

İranın mühacirətdəki vəliəhd şahzadəsi Rza Pəhləvi rus komediyaçılarının qurbanı olub.

Bizim.Media xəbər verir ki, qarşısındakı şəxs Adolf Hitler kimi davransa da, Pəhləvi bunun zarafat olduğunu anlamayıb və İranın gələcəyi ilə bağlı ciddi müzakirə aparıb.

Komediyaçılar özlərini Almaniya Kansleri Fridrix Mertsin müşavirləri kimi təqdim edərək, Almaniyanın İrana qarşı hərbi hücuma hazırlaşdığını bildiriblər.

Onlardan biri özünü “Adolf” kimi təqdim edib, Hitler kimi saxta bığ taxsa da, Pəhləvi bunun zarafat olduğunu başa düşməyib və görüşü davam etdirib.

Pəhləvi komediyaçıların “Səlib yürüşü” adlandırdığı İrana qarşı əməliyyatı alqışladığını bildirib. O, digər Avropa ölkələrinin də İrana qarşı daha aqressiv siyasət yürütməli olduğunu qeyd edib.

Pəhləvi rejimin süqutundan sonra yaranan boşluğu doldurmağa hazır olduğunu vurğulayıb.

Bizim.Media 

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO