İkinci müddətə Almaniyanın prezidenti seçilən Frank-Valter Ştaynmayer Rusiya dövlətinin başçısı Vladimir Putinə səslənib və Ukrayna ilə bağlı münaqişənin sülh yolu ilə həllinə başlamağa çağırıb.
Bizim.Media “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, siyasətçi belə bir bəyanatla Federal Məclisdə yenidən prezident seçildikdən sonra çıxış edib.
MÖVZU İLƏ BAĞLI:
Frank-Valter Ştaynmayer yenidən Almaniya prezidenti seçildi
“Mən prezident Putinə müraciət edirəm. Ukraynanın boynundakı ilgəyi boşaldın, bizimlə Avropada sülhü qoruyacaq yol axtarın”, - Ştaynmayer vurğulayıb.
Almaniya prezidenti təhlükənin ciddiliyi barədə xəbərdarlıq edib: “Biz Şərqi Avropada müharibə, hərbi münaqişə təhlükəsi ilə üz-üzəyik”.
Bizim.Media