Frank-Valter Ştaynmayer yenidən Almaniya prezidenti seçildi

Frank-Valter Ştaynmayer yenidən Almaniya prezidenti seçildi

Hazırda oxunan: Frank-Valter Ştaynmayer yenidən Almaniya prezidenti seçildi

59977

Frank-Valter Ştaynmayer ikinci müddətə Almaniyanın prezidenti seçilib. 

Bizim.Media “Deutsche Welle” nəşrinə istinadən xəbər verir ki, bazar günü, fevralın 13-də xüsusi olaraq dövlət başçısının seçilməsi üçün toplaşan Federal Məclisin üzvlərinin böyük hissəsi onun namizədliyinə səs verib.

Siyasətçinin lehinə 1425 etibarlı səsdən 1045-i səs toplanıb, 86 məclis üzvü bitərəf qalıb, 294 nəfər digər namizədlərə səs verib.
 

MÖVZU İLƏ BAĞLI:

Bu siyasətçi Almaniyada yenidən prezident seçiləcək


Gözlənildiyi kimi, 66 yaşlı Ştaynmayer ilk turda qalib gəlib, onu bütün əsas siyasi qüvvələr dəstəkləyib.

Seçkilərdə Ştaynmayerdən başqa daha üç namizəd iştirak edib: Sol Partiya tərəfindən namizədliyi irəli sürülmüş Gerhard Trabert, Almaniya üçün Alternativ partiyasından iqtisadçı Maks Otte və Azad Seçicilər partiyasından astrofizik Stefani Gebauer.

40 yaşına çatmış və səsvermə hüququna malik istənilən Almaniya vətəndaşı Almaniya prezidenti ola bilər. Prezident beş il müddətinə seçilir və yalnız bir dəfə yenidən seçilə bilər. 

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO