Hunday yeni sedana türk adı verdi -  FOTOLAR

Hunday yeni sedana türk adı verdi - FOTOLAR

Hazırda oxunan: Hunday yeni sedana türk adı verdi - FOTOLAR

59972
Cənubi Koreyanın avtomobil istehsalçısı Hunday yeni “Aslan” adlı sedan modelini təqdim edib. 

ANS PRESS-in məlumatına görə, adını türk sözündən götürən yeni model 3 seriyada istehsal olunub.

Statistik göstəricilərə görə, Hunday şirkəti daxili bazarda Avropanın avtomobil istehsalçıları ilə rəqabətdə kifayət qədər zəifləyib. Hunday yeni modeli ilə rəqabət gücünü artırmağa çalışır. Şirkət rəhbərliyi, son dönəmlərdə idman avtomobillərinə tələbin daha çox olduğunu və istehsalda da çox bu üsluba diqqət yetirildiyini bildirib.

“Aslan”ın daha əvvəlki “Genezis” modelindən fərqi onun ön ötürücü sistemlə çalışmasındadır. Şirkət rəhbərliyi hər iki modelə tələbatın çox olduğunu qeyd edib.

Şirkət 2014-cü ilin sonuna qədər 6 min ədəd, 2015-ci ilin sonu qədər isə, 22 min ədəd Aslan modeli satmağı proqnozlaşdırır.

Yeni modelin G300, G330 Premium və G330 İkskluziv seriyaları var. Avtomobillərin dəyəri müvafiq olaraq, 39900, 41900 və 45900 ABŞ dollarıdır.







© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO