SON DƏQİQƏ: İsrail qoşunları Livanın bu şəhərini ələ keçirdi

SON DƏQİQƏ: İsrail qoşunları Livanın bu şəhərini ələ keçirdi

Hazırda oxunan: SON DƏQİQƏ: İsrail qoşunları Livanın bu şəhərini ələ keçirdi

599642

Livanın dövlət KİV-ləri İsrail ordusunun Livanın cənubunda yerləşən, Livan–İsrail sərhədindən təxminən altı kilometr məsafədə olan Əl-Xiyam şəhərinə daxil olduğunu yazıb.

Bizim.Media xəbər verir ki, bu barədə “The Times of Israel” qəzeti məlumat yayıb.

“Əl-Xiyam şəhəri fasiləsiz artilleriya atəşinə tutulur, eyni zamanda İsrailin düşmən ordusu şəhərə daxil olub”, – deyə Livan mətbuatı qeyd edib.
 

AFP agentliyinə danışan livanlı mənbə isə bildirib ki, İsrail dünən Livanın cənubundakı sərhəd bölgəsinə quru qoşunları yeritməyə başlayıb. Bu əməliyyat hava zərbələri kampaniyası ilə paralel aparılır.


İsrail Müdafiə Ordusu isə açıqlamasında Livanın cənubunun dərinliklərinə qoşun yerləşdirilməsi qərarının “Hizbullah”ın hücumları fonunda “gücləndirilmiş müdafiə tədbirlərinin bir hissəsi” olduğunu bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO