Rza Pəhləvidən Xameneinin ölümünə reaksiya: “İslam Respublikası sona çatıb”

Rza Pəhləvidən Xameneinin ölümünə reaksiya: “İslam Respublikası sona çatıb”

Hazırda oxunan: Rza Pəhləvidən Xameneinin ölümünə reaksiya: “İslam Respublikası sona çatıb”

598926

İran şah ailəsinin varisi Rza Pəhləvi İranda baş verən hadisələr fonunda aktiv şəkildə bəyanatlar və müraciətlər yaymaqda davam edir.

Bizim.Media xəbər verir  ki, o, son müraciətində İranın ali dini lideri Xameneinin ölümünün ölkədə siyasi dönüş nöqtəsi olduğunu iddia edib.

Pəhləvi bildirib ki, Xameneinin ölümü ilə İran İslam Respublikası faktiki olaraq süqut mərhələsinə daxil olub və rejimin gələcəyi artıq sual altındadır:

"Onun ölümü ilə İslam Respublikası faktiki olaraq sona çatıb və çox keçmədən tarix zibilliyinə atılacaq. Rejimin qalıqlarının Xameneinin yerinə varis təyin etmək cəhdi əvvəldən uğursuzluğa məhkumdur. Onun yerinə kim gətirilsə, nə legitimliyə, nə də uzunömürlülüyə sahib olacaq və şübhəsiz ki, bu rejimin cinayətlərində şərik sayılacaq".
 

Pəhləvi həmçinin İran ordusuna, hüquq-mühafizə və təhlükəsizlik qüvvələrinə müraciət edərək, “çökməkdə olan rejimi qorumaq cəhdlərinin nəticə verməyəcəyini” bildirib və onları xalqın tərəfinə keçməyə çağırıb:


"Bu, millətə qoşulmaq, İranın azad və firavan gələcəyə sabit keçidini təmin etmək və həmin gələcəyin qurulmasında iştirak etmək üçün son fürsətinizdir. Bu, böyük milli bayramımızın başlanğıcı ola bilər, lakin yolun sonu deyil. Ayıq və hazır olun. Küçələrdə geniş və qətiyyətli iştirakın vaxtı yaxınlaşır. Birlikdə, həmrəy və sarsılmaz olaraq son qələbəni əldə edəcəyik və sevimli vətənimiz boyunca İranın azadlığını qeyd edəcəyik". (Musavat.com)

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO