Türkiyə Milli Müdafiə Nazirliyi son günlər mediada və sosial şəbəkələrdə yayılan, guya ABŞ-ın İrana hücumu halında Türkiyə ordusunun təhlükəsizlik məqsədilə İran ərazisinə daxil olacağı barədə məlumatlara münasibət bildirib.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyə mətbuatı yazıb.
Nazirlik bəyan edib ki, bu iddialar həqiqəti əks etdirmir.
Açıqlamada vurğulanıb ki, Türkiyə regionda sülh və sabitliyin təmin olunması istiqamətində səylərini davam etdirir.
“Türkiyə regiondakı bütün münaqişələrin sülh yolu ilə həllini dəstəkləyir və sabitliyin təmin olunması istiqamətində fəaliyyətini davam etdirir. Müvafiq dövlət qurumları ilə koordinasiya şəraitində mümkün risklərə qarşı zəruri tədbirlər görülür. Bəzi KİV-lərdə və sosial media platformalarında yayılan “ABŞ-ın İrana hücumu halında Türkiyə təhlükəsizlik məqsədilə İran ərazisinə daxil olmağı planlaşdırır” iddiaları həqiqəti əks etdirmir”, — deyə bəyanatda bildirilib.
Bizim.Media


































































































