Parislə Vaşinqton arasında gərginlik - ABŞ səfiri XİN-ə çağırılacaq

Parislə Vaşinqton arasında gərginlik - ABŞ səfiri XİN-ə çağırılacaq

Hazırda oxunan: Parislə Vaşinqton arasında gərginlik - ABŞ səfiri XİN-ə çağırılacaq

597720

Fransa Xarici İşlər Nazirliyi ABŞ-ın Parisdəki səfiri Charles Kushnerni nazirliyə çağırmağa hazırlaşır. Buna səbəb ABŞ səfirliyinin və Ağ Evin sağçı “Nemesis” hərəkatının fəalı Kanten Derankın ölümü ilə bağlı səsləndirdiyi açıqlamalardır.

Bizim.Media xəbər verir ki, bu barədə Fransa XİN rəhbəri Jean-Noël Barrot bildirib.
 

Onun sözlərinə görə, Paris “bu faciənin siyasi məqsədlərlə istifadə olunmasına yönəlmiş istənilən cəhdləri rədd edir”. Nazir əlavə edib ki, Fransa “zorakılıq məsələsində, xüsusilə beynəlxalq reaksiyaçı mühitdən dərs almağa ehtiyac duymur”.


Məlumata görə, Derank ötən həftə Lion şəhərində ehtimal olunan ifrat solçu fəallarla dava zamanı ağır xəsarət alaraq həyatını itirib.

Hadisədən sonra ABŞ prezidenti Donald Tramp administrasiyası Derankın ölümündə günahkar olan şəxslərin məsuliyyətə cəlb olunmasına çağırıb və insidentə görə “sol radikalları” günahkar bilib.

ABŞ-ın Fransadakı səfirliyi də bəyanatında fəalın ölümünə görə “sol ekstremistləri” ittiham edərək, işin gedişini izləməyə davam edəcəyini bildirib.

Bizim.Media

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO