İtaliyanın iki regionunda yerli seçkilər keçirilir

İtaliyanın iki regionunda yerli seçkilər keçirilir

Hazırda oxunan: İtaliyanın iki regionunda yerli seçkilər keçirilir

597712

Fevralın 12-13-də İtaliyanın Latsio və Lombardiya regionlarında yerli rəhbərlərin və şuraların seçilməsi üçün səsvermə keçirilir.

Ölkənin iki əsas regionu olan bu bölgələrdə seçki 12 milyondan çox insanı əhatə edir. Seçki məntəqələri bu gün saat 07:00-da açılıb və səsvermə prosesi saat 23:00-dək davam edəcək. Fevralın 13-də isə seçki məntəqələri saat 07:00-dan 15:00-dək açıq olacaq.

Seçkilər paytaxt Romanın da yerləşdiyi Latsio regionunda 378, Lombardiyada 1504 bələdiyyəni əhatə edir. Latsio regional şurası 50 üzv və rəhbərdən, Lombardiya isə regional şura rəhbər də daxil olmaqla 80 üzvdən ibarətdir. Səslərin sayılması prosesi fevralın 13-də seçki məntəqələri bağlandıqdan sonra başlayacaq.

Qeyd edək ki, bu regionlarda daha əvvəlki seçkilər 2018-ci il martın 4-də keçirilib. (azərtac)

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin.

XƏBƏR LENTİ

Xəbərin mətnində orfoqrafik səhv var

Qeydinizi daxil edin

RADİO